» » » Türkiyədə 3 nəfəri amansızlıqla öldürən azərbaycanlılar həbs edildi

Türkiyədə 3 nəfəri amansızlıqla öldürən azərbaycanlılar həbs edildi

Türkiyədə 3 nəfəri amansızlıqla öldürən azərbaycanlılar həbs edildi

Türkiyədə üç nəfəri amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlılar Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

ucarliyiq.biz-in məlumatına görə, Gürcüstan Prokurorluğu bildirir ki, saxlanılan şəxslərın adları Elnur Antesov, Vüqar Quliyev və Azadə Ömərovadır.
Prokurorluğun məlumatına əsasən, cinayət hadisəsi 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə şəhərində baş verib. Belə ki, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən şəhərdə evlərdən birində Gürcüstan vətəndaşları Emma Şərifova, onun nəvəsi Sahib Həsənov və Türkiyə vətəndaşı Elnaz Şərifovanın boğazı kəsilmiş halda meyiti tapılıb.

İstintaqın versiyasına görə, Gürcüstan vətəndaşları Türkiyəyə pul qazanmaq üçün gediblər. Şərifovalar qazandıqları pulları evdə saxlayırmışlar.

Saxlanılan şəxslərdən biri Azadə Ömərova yanvarın 6-da Düzcə şəhərinə Şərifovagilə gəlib. Ömərovanın qətlə yetirilən şəxslərlə tanışlığı olub və ona olan etibardan istifadə edib.

Daha sonra, yanvarın 26-da digər Azadə Ömərova ilə dostluq edən digər Marneuli sakini Elnur Antesov Türkiyəyə gedib. Ömərova Antesova qurbanlarının yaşadığı evi göstərib.

Elnur Antesov İstanbula gedərək dostu Vüqar Quliyevlə görüşüb. Yanvarın 28-də saxlnılan hər üç şəxs Şərifovagilə gəliblər və amansız cinayəti törədiblər. Sonra bütün pulları, mobil telefon və digər qiymətli əşyaları götürərək qaçıblar.
Cinayət hadisəsinin səhəri günü Azadə Ömərova, Elnur Antesov və Vüqar Quliyev “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstana qayıdıblar.
Hazırda saxlanılan hər üç şəxs barədə cinayət işi başlanıb və Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) araşdırma aparılır.

Təqsirləndirilən şəxsləri 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.