» » » 21 yaşlı gəncin istirahəti ona həyatı bahasına başa gəldi

21 yaşlı gəncin istirahəti ona həyatı bahasına başa gəldi

21 yaşlı gəncin istirahəti ona həyatı bahasına başa gəldi

Son günlər suda boğulanlar siyahısına daha bir nəfər - Göyçay sakini də əlavə olunub. ucarliyiq.biz-in məlumatına görə, hadisə Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Ləkçılpaq kənd sakini 1995-ci il təvəllüdlü Sənan Ələsgər oğlu Babayev tanışları ilə birlikdə istirahət etdikləri Nohurqışlaq kəndindəki göldə çimib. Lakin 21 yaşlı gənc suya girdikdən bir müddət sonra boğularaq həyatını itirib.

Onun meyitini sudan çıxara bilməyən ətrafdakı insanlar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat veriblər.

FHN əməkdaşları axtarışlar nəticəsində Sənan Babayevin meyitini sudan çıxarıb və meyit müayinə edildikdən sonra təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

Daha bir suda boğulma faktı ötən gün Xaçmazda baş verib. Belə ki, Quba rayon sakini Anar Qurbanov Xaçmaz rayonunun Nabran kəndinin dəniz çimərliyində çimərkən boğulub. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.