» » » Rusiya aeroportunda yanğın

Rusiya aeroportunda yanğın

Rusiya aeroportunda yanğın

Rusiyada aeroportda yanğın olub. ucarliyiq.biz-in məlumatına görə, hadisə qonşu ölkənin Amur vilayətində olub.

"İyulun 10-da yerli vaxtla 14:48-də Blaqoveşşensk mərkəzi yanğın idarəsinə Blaqoveşşensk avtovağzalında yanğınla bağlı məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürənlər göndərilib", - deyə rəsmi məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, yanğının söndürülməsinə 21 nəfər şəxsi heyət üzvü, Blaqoveşşensk yanğın-xilasedici qarnizonunun 8 ədəd xüsusi texnikası, "Amurpas" axtarış-xilasedicilərinin üzvləri cəlb edilib.

Ölən və xəsarət alanların olmadığı bildirilib. Yanğın söndürülüb və hazırda onun başvermə səbəbləri araşdırılır.