» » » Türkiyədə itə təpik vurmaq üstündə suriyalılarla dava: Ölənlər var

Türkiyədə itə təpik vurmaq üstündə suriyalılarla dava: Ölənlər var

Türkiyədə itə təpik vurmaq üstündə suriyalılarla dava: Ölənlər var

Türkiyədə suriyalılarla yerli vətəndaşlar arasında qarşıdurma yaşanıb. ucarliyiq.biz-in məlumatına görə, Konyanın Bəyşəhər rayonunda "itə nə üçün təpik vurdunuz?" mübahisəsi üstündə düşən dava zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 

İddiaya  görə, 18 yaşlı Mehmet Bayrakdar adlı vətəndaş suriyalı 4 nəfərə itə təpik vurmalarını irad tutub. Elə bu vaxt məzəmmətlə razılaşmayan suriyalılarla M. Bayrakdar və başqa bir neçə nəfər türk gənc arasında mübahisə yaranıb və davaya çevrilib. Hadisə zamanı suriyalılar 18 yaşlı Mehmeti bıçaqlayaraq öldürüblər. Qarşıdurma zamanı 21 yaşlı İbrahim adlı suriyalı da bıçaqlanaraq öldürülüb, 20 yaşlı Qasım, 26 yaşlı Abdullah Məhəmməd və 22 yaşlı Əhməd Sədi isə yaralanıb. Yaralılar dərhal Bəyşəhər Dövlət Xəstəxanasına çatdırılıblar.

Məsələdən xəbər tutan M. Bayrakdarın yaxınları xəstəxanaya girib yaralı suriyalılara hücum etmək istəyiblər. Həmin kütlənin qarşısını isə yerli polis bibər qazı istifadə edərək alıb.

Yaralananlardan bəziləri Konya Dövlət Xəstəxanasına aparılmaq istənilərkən qəzəbli kütlə bu dəfə həmin yaralılar olan təcili tibbi yardım maşınlarını müşayiət edən polis avtomobillərinə hücum edib. Polis isə yenidən bibər qazından istifadə edərək kütlənin qarşısını almaq istəyib. Elə bu vaxt da, qazın təsirinə məruz qalan daha bir şəxs xəstəxanaya yerləşdirilib.