» » » 48 yaşlı qadını gürzə sancdı

48 yaşlı qadını gürzə sancdı

48 yaşlı qadını gürzə sancdı

Goranboyda 48 yaşlı qadını ilan sancıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ucarliyiq.biz-ə verilən məlumata görə, rayonun Gülməmmədli kənd sakini, 1968-ci il təvəllüdlü Gültəkin Bağırova sağ ayağının topuq nahiyəsindən ilansancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım və ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G. Bağırova yaşadığı evin həyətyanı sahəsində işləyən zaman gürzə ilanı onu sancıb. 
Bir neçə gün əvvəl isə Gəncədə 15 yaşlı gənci ilan sancıb. Şəhər sakini 2001-ci il təvəllüdlü Həsən İsmayılov əl nahiyəsindən ilan sancma xəsarəti ilə xəstəxanaya gətirilib. Ona dərhal ilkin tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub.

Məlumata görə, gənc Göygöl rayonunda çayda çimərkən ilan onu sancıb.
48 yaşlı qadını gürzə sancdı


Son vaxtlar mövsümlə əlaqədar havaların istiləşməsi ilansancmaların sayında kəskin artıma səbəb olub. Təkcə iyun ayında 14 ilan və 4 əqrəb sancması faktı qeydə alınıb. Xoşbəxtlikdən ilan və əqrəb sancmaları zamanı ölüm hallarına rast gəlinməyib. 

İlan və əqrəb sancan xəstələr əsasən Şamaxı, Ağsu, Tovuz, Şəmkir, Qəbələ, eləcə də Bakının ətraf kəndləri, Qaradağ, Xəzər rayonundandır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ilan və əqrəb sancmaları zamanı ilkin yardım kimi xəstəni tərpətməməyi, yara ətrafına yod sürməyi (yaraya mikrob düşməsin deyə), yara üzərinə buz qoymağı və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırmağı məsləhət görür.