» » » Nişanda tavan çökdü: onlarla yaralı və ölənlər var

Nişanda tavan çökdü: onlarla yaralı və ölənlər var

Nişanda tavan çökdü: onlarla yaralı və ölənlər var

Lüks otellərdən birində keçirilən nişan mərasimi faciə ilə nəticələnib. ucarliyiq.biz-in məlumatına görə, hadisə Hindistanda baş verib.

İş adamı oğluna nişan mərasimi keçirmək üçün lüks otellərdən birini seçib. Qonaqların toplaşdığı zalda qəfildən asma tavan çöküb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.
Ümumiyyətlə, toy, nişan mərasimlərində faciələr, bədbəxt, gözləniməz hadisələr tez-tez baş verir. Bu cür hadisələrin səbəbləri isə müxtəlifdir. Bəzən yerli adət-ənənələr, bəzən məsuliyyətsizlik, bəzən isə insanların yenilik axtarışı belə halların yaranmasına gətirib çıxarır.

Hindistan toylarında adətlərdən biri də havaya atəş açmaqdır. Toylardan birində iosə bu ənənə faciə ilə nəticələnib. Havaya atəş açmaq istəyən ata tüfəngi qaldırmadan ehtiyatsızlıqdan atəş açaraq oğlunu başından vurub. Nəticədə gənc ölüb.

Başqa bir toyfda isə bəylə gəlin qeyri-adilik olsun deyə toy zalına qayıqda düşmək istəyib. Lakin havada asılı qalan qayığın ipi qopub və o aşıb. Bəylə gəlin hündürlükdən yıxılsa da onlar bu xoşagəlməz hadisədən ciddi xəsarət almadan qurtula biliblər.