» » » Berlində toqquşmalar zamanı 120 polis yaralandı

Berlində toqquşmalar zamanı 120 polis yaralandı

Berlində toqquşmalar zamanı 120 polis yaralandı

Almaniyanın paytaxtı Berlində qeydə alınan toqquşmalarda 120-dən çox hüquq-mühafizə orqanları əməkdaşı zərər çəkib. ucarliyiq.biz-in məlumatına görə, polis əməkdaşları Fridrixshayn və Kroyzberq rayonlarının sərhədində baş verən hadisəni paytaxtda son 5 ildə qeydə alınan ən aqressiv nümayiş kimi qiymətləndiriblər.

In Steglitz brannten heute Nacht mehrere Autos. @polizeiberlin geht hier nicht von politischen Hintergründen aus. pic.twitter.com/8AAiHkO87M— rbb Abendschau (@rbbabendschau) 10 июля 2016 г.
Ötən gün Fridrixshayn rayonunda 2 minə yaxın solçu fəal mənimsənən boş binaların boşaldılmasına dair etiraz aksiyası keçirib.

Əvvəlcə nümayiş dinc şəkildə keçirilib, lakin sonradan aksiya iştirakçıları polislərə daş və şüşə atmağa başlayıblar. "Berliner Morgenpost" qəzetinin məlumatına görə, bir çox binaların pəncərələri sındırılıb, polis avtomobillərinə xələl yetirilib. 

"Əməliyyat zamanı 1,8 min əməkdaşdan 163 nəfər xəsarət alıb", - deyə polisdən bildirilib. Toqquşma zamanı polis 86 nəfəri saxlayıb, onlardan bir çoxu sonradan azad olunub.
Rigaerstrasse 94 illegal eviction protest pic.twitter.com/Z9W3PAacak— fifthlookintern (@THIRDLOOKintern) 9 июля 2016 г.