» » » Polislə atışma: ölənlər var

Polislə atışma: ölənlər var

Polislə atışma: ölənlər var

Türkiyənin Şanlıurfa vilayətində polislə naməlum silahlı şəxs arasında atışma olub. ucarliyiq.biz-in məlumatına görə, silahlı şəxs 3 polis əməkdaşını öldürüb, 3 nəfəri isə yaralayıb.

Hadisə avtobus vağzalında polislər silahlı şəxsin üzərində axtarış aparmaq istəyərkən baş verib. Silahlı şəxs daha sonra polisdən qaçan zaman zərərsizləşdirilib.

Polisə hücum edən şəxsin 17 yaşlı gənc olduğu müəyyən edilib. Onun atası sabiq hərbiçi olub. Polis hadisənin terror aktı olmadığını bildirib.

İlkin ehtimallara görə, sözügedən şəxsin psixoloji vəziyyəti də gərgin olub.

Ötən gün axşam saatlarında İstanbul şəhərində anti-terror reydlər keçirilib. Polis bir qrup şübhəli şəxsin evində axtarış aparıb. Əməliyyatlar zamanı 4 nəfər həbs edilib.