» » » Azərbaycanla sərhəddə ayılar bir ailəyə hücum etdi, ölənlər var

Azərbaycanla sərhəddə ayılar bir ailəyə hücum etdi, ölənlər var

Azərbaycanla sərhəddə ayılar bir ailəyə hücum etdi, ölənlər var

Qarsda ayılar gəzintiyə çıxan bir ailənin üzvlərinə hücum edib. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə şəhərin Selim rayonundakı kəndlərdən birində baş verib. Kənd yaxınlığında 3 bacı və yanlarındakı 1 uşaq ayıların hücumuna məruz qalıblar.

Hadisə ötən gün axşam saatlarında baş verib. Məlumata görə, evli olan Selma Günəş İstanbul, bacısı 36 yaşındaki Sevgi Erdem isə İzmirdən övladı ilə birlikdə bayramda ata-anasını ziyarət üçün Qarsa gəliblər. Ailənin 3 qızı və bir nəvəsi kəndi gəzmək, şəfalı ot toplamaq üçün gəzintiyə çıxıblar. Bu zaman onlar ölü ayı balası görüblər. Balaya yaxınlaşan ailə üzvlərinə digər ayılar hücum ediblər. 

Ayılardan qaçmağa çalışan 9 yaşlı Devran Erdem və xalası 26 yaşlı Selma Güneş uçurumdan yıxılaraq ölüb. Digər iki qadın isə yaralanıb. 

Gənc qadın və uşaq ölsə də, gidər iki bacının köməyinə səs-küyü eşidən çobanlar gələ biliblər. 

Dərhal jandarma qüvvələrinə xəbər verilib. S.Günəş və D.Erdemin meyitlərini uçurumdan xilasedicilər çıxara biliblər.