» » » Azərbaycanda ağır qəza: 3 ölü

Azərbaycanda ağır qəza: 3 ölü

Azərbaycanda ağır qəza: 3 ölü

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ucarliyiq.biz-in APA-ya istina dla verdiyi məlumata görə, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı “KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Ötən gün Şabran rayonu ərazisində də ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Əmirxanlı kəndində Ceyranlı kənd sakini Rəhim Yusifov idarə etdiyi  avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ-21083” markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.