» » » Gürcüstanda erməni ailə qətlə yetirildi

Gürcüstanda erməni ailə qətlə yetirildi

Gürcüstanda erməni ailə qətlə yetirildi

Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda erməni ailəsi qətlə yetirilib. ucarliyiq.biz-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər erməni ailənin bütün üzvlərini qətlə yetirib.
Gürcüstanda erməni ailə qətlə yetirildi


Hadisə nəticəsində ana 37 yaşı Ofeliya Kaçatyani ilə yanaşı onun 5, 16 və 18 yaşlı uşaqları öldürülüb.

Hadisənin səbəbləri məlum deyil. Amma ilkin ehtimala görə, ana və böyük qız küt alətlə öldürülüb. Digər iki uşağı isə boğaraq öldürüblər.  

Kriminalist hadisə yerində araşdırmaları davam etdirirlər. Məlumata görə, ailənin başçısı Rusiyada yaşayır. O hadisə zamanı evdə olmayıb. Faktla bağlı cinayət işi açılsa da Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yaymayıb. 
Ötən il yanvarın 12-də əsgər Valeri Permyakov Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi hissəsi yaxınlığında bir ailənin 7 üzvünü qətlə yetirib.
Gürcüstanda erməni ailə qətlə yetirildi


O, Ermənistandan Türkiyə ərazisinə keçməyə cəhd göstərən zamanı sərhədçilər tərəfindən tutulub.

İstintaqın ilkin məlumatına görə, Gümrüdəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib.

Bundan sonra o şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib. 6 aylıq uşağı isə yaralayıb. lakin həkimlərin bütün səylərinə baxmayaraq uşaq xəstəxanada keçinib. 
Gürcüstanda erməni ailə qətlə yetirildi
Səs-küylü qətl hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçirilib. İrəvanvə Gümrüdə nümayişlərə qatılan fəallar Gümrü bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Rus hərbçinin məhkəməsi hələ də davam edir.