» » » Bakıda 2 yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda 2 yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda 2 yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda azyaşlı diqqətsizlik nəticəsində həyatını itirib. Hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. Pirallahı Rayon Polis Şöbəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, qəsəbənin  28-ci məhəllə, ev 14, mənzil 28-də yaşayan 2014-cü il təvəllüdlü Arzu Elsəfər qızı Abışzadə evlərinin (5 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsi) pəncərəsindən yıxılıb.

Ağır bədən xəsarətləri alan körpə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda oxşar hadisə təxminən bir həftə əvvəl də baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. 2011-ci il təvəllüdlü Nadir Saleh oğlu Xəlilov 7-ci mikrorayon, Kazımovski küçəsi 58 ünvanında yaşadığı evlərinin pəncərəsindən (5-ci mərtəbə) ehtiyatsızlıq nəticəsində yıxılıb.

Ağır bədən xəsarətləri alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.