» » » Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan vətəndaşının qızıl məmulatı əldə edərək İrana aparacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. 

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu

Azərbaycandan qızıl külçələr çıxarmaq istəyən şəxs tutuldu


Aprel ayında da azərbaycanlılar Gürcüstan ərazisinə qanunsuz olaraq yarım milyon dollar qiymətində qızıl keçirmək istəyiblər. Saxlanılan şəxslər ən yüksək əyarda olan 12 kiloqram qızılı  və 131 min 950 dolları Gürcüstana keçirən zaman tutulublar. 

Qızılların dəyəri təxminən 490 min dollar dəyərində qiymətləndirilir. Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatında deyilir ki, "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsində (Gürcüstan-Azərbaycan sərhədi) Bayram Gəncəliyev və Elman Hüseynov avtomobilin saxlanc yerində pulları və qızılları gizli  keçirməyə cəhd göstəriblər. 

Qanunu pozan şəxslər həbs olunublar. Qızıl və pul maddi sübut kimi götürülüb. Cinayət işi “Gürcüstan gömrük sərhədindən malların keçirilməsi ilə bağlı qaydaların pozulmasına cəhd” maddəsi ilə başlanılıb. Saxlanılan şəxsi  8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.