» » » Moskvada Azərbaycan yeməkləri verən restoranın işçisinin meyiti tapıldı

Moskvada Azərbaycan yeməkləri verən restoranın işçisinin meyiti tapıldı

Moskvada Azərbaycan yeməkləri verən restoranın işçisinin meyiti tapıldı

Rusiyada Moskva çayında torbanın içərisində meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşdirilib. ucarliyiq.biz-in rus mətbuatına istinadən verdiyi məlumata görə, cəsəd “Şeş-beş” restoranlar şəbəkəsi rəhbərinin sürücüsünə məxsusdur. 

İstintaqın versiyasına görə, onun öldürülməsinə səbəb biznes məsələlərindəki fikirayrılığı ola bilər. Kişinin sifarişli qətlin qurbanı olduğu idda edilir.

Hadisə iyulun 9-da baş verib. Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq dəstinə bükülərək torbaya qoyulub çaya atılan meyit aşkarlanıb. Kişinin əynində göy kostyum olub, saçları qaradır, orta bədən quruluşuna malikdir. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri görünüb, belə ki, naməlum kişi başından güllələnib.

Faktla bağlı cinayət işi qaldırılıb, onun ad və soyadı hələ ki açıqlanmır.

“Şeş-beş” restoranlar şəbəkəsində Azərbaycan mətbəxinin təamları təklif edilir. İddiaya görə, bu restoran azərbaycanlı iş adamına məxsus olub. İş adamının özü isə bir neçə il öncə qətlə yetirilib.