» » » Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

Hindistan hava yollarına məxsus sərnişin təyyarəsi Bakıda təcili eniş edib. ucarliyiq.biz-in məlumatına görə, təyyarə London- Mumbay reysini həyata keçirib. 

"Air İndia" şirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava limanı ərazisində məcburi eniş edib.

"Boeing 787 Dreamliner" təyyarəsinin göyərtəsində 200-dən çox  insan olub. Hadisə ötən gün axşam saat 22 radələrində baş verib. 

Təcili enişin texniki nasazlıqla bağlı olduğu deyilib. Sərnişinləri aparmaq üçün Hindistandan başqa təyyarə göndərilib. Onlar təhlükəsiz şəraitdə səyahətlərini başa vura biliblər.