» » » Sürücü qəza törətdi: özü, arvadı və uşağı yaralandı

Sürücü qəza törətdi: özü, arvadı və uşağı yaralandı

Sürücü qəza törətdi: özü, arvadı və uşağı yaralandı

Daşkəsən rayonunda bir ailənin 3  üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ucarliyiq.biz-ə verilən məlumata görə, Aşağı Daşkəsən qəsəbəsi adlanan ərazisində rayon sakini 1984-cü il təvəllüdlü Azad Orucovun idarə etdiyi “VAZ” markalı avtomobillə “Mercedes” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü A. Orucov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aynur Orucova və onların 2008-ci il təvəllüdlü oğlu İlkin Orucov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. 8 yaşlı uşağa ilkin tibbi yardım göstərildikdən sonra onu pediatriya xəstəxanasına göndəriblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.  
Qərb bölgəsində xəsarətlə nəticələnən daha bir qəza Gəncədə baş verib. Şəhərin Keçid küçəsində “QAZel” markalı yük avtomobili yolun kənarında dayanan “KamAZ”a çırpılıb. Nəticədə “QAZel”in sərnişini, Samux rayon sakini, 1963-cü il təvəllüdlü Fəxrəddin Quliyev xəsarət alaraq xəstəxanaya aparılıb.