» » » "BMW" Yasamalda zəncirvari qəza törətdi

"BMW" Yasamalda zəncirvari qəza törətdi

"BMW" Yasamalda zəncirvari qəza törətdi

Gecə paytaxtın Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.

Küçə ilə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında  dayanan İsmayıl İsmayılova məxsus "Hundai" markalı avtomobilə arxadan çırpılıb. Qəza bununla bitməyib.
Zərbənin təsiri nəticəsində "Hundai" qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna zərər yetirib. Hadisə yerinə dərhal Yasamal Rayon Dövlət Yol Polisi xidmətinin əməkdaşları gələrək qəza ilə bağlı ilkin araşdırma aparıblar.

Məlum olub ki, qəzaya səbəb kimi "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. Hadisə zamanı avtomobillər yararsız hala düşsə də , xəsarət alan olmayıb. Faktla əlaqədar araşdırma aparılır.