» » » Cəlilabadda baş verən qəzada hər iki sürücü öldü

Cəlilabadda baş verən qəzada hər iki sürücü öldü

Cəlilabadda baş verən qəzada hər iki sürücü öldü

Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. ucarliyiq.biz-in məlumatına görə, qəza rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb. Rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi "Lada Kalina" markalı avtomobillə hərəkətdə olarkən rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Həbibulla İbrahimovun sərnişinlərindən Xatirə İbrahimova və onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Onların vəziyyəti ağır olduğu üçün xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar paytaxta göndəriliblər.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Cəlilabadda baş verən qəzada hər iki sürücü öldü


Ölümlə nəticələnən daha bir qəza gecə saatlarında Bakının Qaradağ rayonunda baş verib. "KamAZ" markalı yük avtomobilləri toqquşub. Dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1980-cı il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.