» » » ABŞ-da keçirilən aksiyada 5 nəfər güllələndi

ABŞ-da keçirilən aksiyada 5 nəfər güllələndi

ABŞ-da keçirilən aksiyada 5 nəfər güllələndi

bəbləABŞ-da keçirilən nümayiş zamanı naməlum şəxs beş nəfəri güllələyib. ucarliyiq.biz-in məlumatına görə, hadisə Merilend ştatı, Baltimor şəhərində qeydə alınıb.

Məlumata görə, etiraz aksiyası şəhərin küçələrində zorakılıq əleyhinə keçirilib. Orada təxminən 20-30 nəfər iştirak edib. Müstəntiqin sözlərinə görə, iyulun 10-da 24 yaşlı şəhər sakini Cermeyn Skofildin ölümündən sonra təşkil olunub. Elə bu zaman bir nəfər odlu silahdan atəş açaraq dörd qadın və bir kişini ağır yaralayıb. 

Polislərin sözlərinə görə, hazırda atəş açan şəxsin kimliyi və hadisənin səbəbləri məlum deyil.
Bənzər hadisə iyulun 4-də Dallasda baş verib. Burada polisin qaradərili insanları qətlə yetirməsinə qarşı keçirilən etiraz aksiyasında atışma baş verib.
ABŞ-da keçirilən aksiyada 5 nəfər güllələndi


Vətəndaşlar dinc şəkildə yürüş edən zaman şəhərin mərkəzindən güllə səsləri eşidilib. Atəş səsindən sonra polis dəstələri yaxınlıqdakı yeraltı dayanacağa daxil olub və atəş açan şəxsin axtarışlarına başlayıb.

Atışmada 5 polis zabiti qətlə yetirilib, 11 nəfər yaralanıb. Dallas polis idarəsinin rəisi Devid Braun verdiyi açıqlamada silahlı hücumun kimliyi bəlli olmayan 2 snayper tərəfindən həyata keçirildiyini açıqlayıb.

Səhəri gün isə analoji hadisə Minnesota ştatının Folkon-Hayts şəhərində baş verib. Bundan sonra ölkənin bir sıra şəhərində etiraz aksiyalarının keçirilməsinə başlanılıb.