» » » Gülər Əhmədovaya Azərbaycandan çıxmağa icazə verildi

Gülər Əhmədovaya Azərbaycandan çıxmağa icazə verildi

Gülər Əhmədovaya Azərbaycandan çıxmağa icazə verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, Gülər Əhmədovanın şikayəti qismət təmin olunub və onun ölkədən 3 ay müddətinə çıxmasına icazə verilib.

G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət qaldırmışdı. Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Gülər Əhmədovaya Azərbaycandan çıxmağa icazə verildi


Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.