» » » Azərbaycanda yenidoğulan əkizlərdən biri öldü

Azərbaycanda yenidoğulan əkizlərdən biri öldü

Azərbaycanda yenidoğulan əkizlərdən biri öldü

Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb. 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.

7 aylıq hamilə olan qadının əkiz övladı doğulub. Onlardan biri qız, digəri isə oğlan olub. Lakin körplərdən biri - oğlan ölüb. Digərinin vəziyyəti isə ağırdır.

Həkimlər ölüm faktını erkən doğuşla əlaqələndiriblər. 
Xatırladaq ki, bənzər hadisə ötən ay Salyanda da qeydə alınıb. Salyanda doğulan üçəmlərdən ikisi rayon xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, erkən doğulan üçəmlər xüsusi aparata yerləşdiriliblər. Lakin gecə saatlarında xəstəxanada işıqlar söndüyü, generator olmadığı üçün onlar oksigensiz qalaraq keçiniblər. 

Körplərdən biri isə Bakıya gətirilib. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq o da keçinib.