» » » 3 maşın toqquşdu, ölən və yaralananlar var

3 maşın toqquşdu, ölən və yaralananlar var

3 maşın toqquşdu, ölən və yaralananlar var

Qobustan rayonunda daha bir ölümlə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, rayonun Acıdərə kəndində Şamaxı rayon sakini Elşad Qurbanovun idarə etdiyi “Nissan” və Bakı şəhər sakini Gülbala Əzizovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

İdarəetməni itirmiş E.Qurbanovun avtomobili daha sonra Şəki şəhər sakini Natiq Xasməmmədovun idarə etdiyi “Kia” markalı avtomobilə çırpılıb. Nəticədə G.Əzizovun sərnişinlərindən Tovuz rayon sakini Südabə Bayramova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən daha bir qəza Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Gecə saat 02 radələrində Salyan rayon sakini Telman Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış Bərdə rayon sakini Səfər Əhmədova məxsus “”KamAZ” markalı avtomobilə vurub.

Nəticədə T.Mehdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.