» » » İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu

İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu

İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu

Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən, erməni hüquq müdafiəçisi, hazırda haqqin.az saytı ilə əməkdaşlıq edən Vahan Martirosyana Odessada hücum olub. ucarliyiq.biz-in məlumatına görə, Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.

“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi. Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”.
İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu

İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu


Erməni hüquq müdafiəçisinin bildirdiyinə görə, o, travmatik tapançadan avtomobilin yük yerinə üç dəfə atəş açıb və bundan sonra “VAZ 2107” sürətlə uzaqlaşıb. 

ucarliyiq.biz-ə verdiyi açıqlamda Vahan Martirosyan hazırda hadisəylə bağlı polisdə olduğunu qeyd edib. "İndi polisdəyəm bir azdan sizinlə əlaqə saxlayıb, hadisənin təfərrüatı barədə danışaram",- deyə erməni hüquq müdafiəçisi bildirib.
İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu


Vahan Martirosyan Ermənistan hakimiyyətinin təqiblərindən bezərək ailəsi ilə birlikdə Azərbaycana sığınmışdı. Sonradan o, öz arzusu ilə üçüncü ölkəyə getdi. V.Martirosyan haqqin.az saytında Ermənistanın hərbi-siyasi elitası barədə ifşaedici məlumatlardan ibarət məqalələrlə çıxış edir. 
İrəvandan qaçıb Bakıya sığınmış erməniyə hücüm olundu


Bakıda keçirdiyi mətbuat konfransında Erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də bildirmişdi: "Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində, heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanın cibinə getməsə, o, həmin gecə yatmayacaq".

Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan və həyat yoldaşı Karina Qasparyan bu gün Bakıda mətbuat konfransı keçirib, birgə bəyanat imzalayıblar. Martirosyan təmsil etdiyi ölkədə baş verən proseslərdən, əhalinin hakimiyyətdən kəskin narazı olmasından, Dağlıq Qarabağ münaqişəsindən və baş verə biləcək hər hansı insidentdən Ermənistanın necə qorxmasından danışıb.