» » » Rusiyada imam terrorda şübəli bilinərək saxlanıldı

Rusiyada imam terrorda şübəli bilinərək saxlanıldı

Rusiyada imam terrorda şübəli bilinərək saxlanıldı

Moskva məscidinin imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb. ucarliyiq.biz-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın "Yardam" məscidinin imamı olan Mahmud Velitov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) ilə ittiham edilir.

Vəkil Daqir Həsənov "Facebook" sosial şəbəkəsində özünün şəxsi hesabında bildirib ki, imam ötən gün saxlanılıb və elə həmin gün əməliyyatçılar onun üzərində və evində axtarışlar aparıblar.

"Şeyx Mahmudun cəzası sübuta yetirələcəyi təqdirdə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun barəsində bu gün həbs-qəti imkan tədbiri seçiləcək".
Eyni zamanda "İnterfaks" bildirib ki, Mahmud Velitov ifadə verib və günahını qismən etiraf edib.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının diqqətini onun telekanallardan birinə verdiyi müsahibə zamanı səsləndirdiyi bəyanatlar və xütbələrindən birində səsləndirdiyi radikal fikirlərlə bağlıdır.

KİV-nin məlumatına görə, M.Velitovun yaşadığı yer, "Yardam" məscidi də daxil olmaqla, bir neçə ünvanda axtarışlar aparılıb və dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, maliyyə sənədləri aşkarlanaraq götürülüb.