» » » 30-dan artıq evdən oğurluq edənlər tutuldu

30-dan artıq evdən oğurluq edənlər tutuldu

30-dan artıq evdən oğurluq edənlər tutuldu

Abşeron polisi 3 nəfərdən ibarət oğurluq edən dəstəni ifşa edib. ANS TV-yə Rayon polis idarəsindən verilən məlumata görə, saxlanılan şəxslər indiyə kimi 30 evə müxtəlif yollarla daxil olublar. Daha sonra həmin mənzillərdən pul və qızıl ziynət əşyalarını oğurlayaraq paytatxda yerləşən lombardlara satıblar.
30-dan artıq evdən oğurluq edənlər tutuldu


Qrupun rəhbəri Astara rayon sakini 26 yaşlı İlkin Paşayev oğurluq əməlinə bir il bundan əvvəl başlayıb. O, öz nənəsinin evindən oğurluq etdiyinə görə bir il məhkumluq həyatı da yaşayıb. Daha sonra asan yolla pul qazanmağı üstün tutan İlkin tanışı, 17 yaşlı Qurban Məhhərmovu da bu işdə ona yardımçı olmağa dəvət edib. Bir neçə ay İlkin və Qurban paytaxıtın müxtəlif rayonlarında yerləşən boş məznillərə müxtəlif üsullarla daxil olaraq oğurluq edib.

İndiyə kimi 2 kiloqramdan çox qızıl zinət əşyalarını oğurlayan şəxslər onu satdıqdan sonra əldə etdikləri pulu keyf məclislərində xərcləyiblər. Saxlanlıan Qurban Məhərrəmovun dediyinə görə mənzillərin plastik pəncərəsi olduğu təqdirdə o içəri daxil olub. Qalan Hallarda isə İlkin bu işə qol qoyub.

Qurbanın dediyinə görə, dəstənin digər üzvü 17 yaşlı Zaur Şahsuvarovla qonşuluqda yaşayıblar. Elə Zaurla da tanışlığı burdan başlayıb. Dəstəyə  sonuncu qoşulan Zaur Şahsuvarovun işi pusquda durmaq olub. Peşə təhsilini yarımçıq qoyan Zaurun dediyinə görə, oğurluq etməyi heç istəməyib. Yalnız dəstə üzvlərinin oğurladıqları pul, qızıl, zinət əşyalarının aralarında "qardaş malı" kimi bölünməsi Zaurun hərisliyini daha da artırıb.

Abşeron polisindən verilən məlumata görə, dəstə üzvləri sonuncu dəfə Avtovağzal yaxınlığında yerləşən iki fərdi yaşayış evindən daha sonra isə Digah qəsəbəsindən dəyəri 5 min manat olan qızıl oğurlayan zaman yaxalanıblar. Hər üç şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.