» » » Avtobus yük maşını ilə toqquşdu: 7 nəfər öldü

Avtobus yük maşını ilə toqquşdu: 7 nəfər öldü

Avtobus yük maşını ilə toqquşdu: 7 nəfər öldü

Dağıstanda Dərbənd-Anapa marşrutu ilə hərəkət edən avtobusun "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 7 nəfər həyatını itirib.

ucarliyiq.biz-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, regional Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi faktın düzgünlüyünü təsdiqləyib. Qəza Mahaçqala-Həştərxan magistral avtomobil yolunda, Dağıstanın Tarumovski rayonunun Talovka yaşayış məntəqəsinin ərazisində baş verib.  

Məlumata görə, 7 nəfər ölüb, avtobusda ümumilikdə 33 nəfər olub. Xəsarət alanlar Tarumovka və Koçubey yaşayış məntəqələrinin tibb müəssisələrinə çatdırılıblar. Yaralıların sayının 26 nəfər olduğu bildirilib. Hələlik onların vəziyyəti haqqında məlumat verilmir.