» » » Şeyxin tutulma anının görüntüləri yayıldı

Şeyxin tutulma anının görüntüləri yayıldı

Şeyxin tutulma anının görüntüləri yayıldı

Ötən gün Rusiya paytaxtında saxlanılan Moskva məscidinin imamı olan Mahmud Velitovun tutulma anını əks etdirən videogörüntü yayılıb. ucarliyiq.biz-in məlumatına görə, paytaxtın "Yardam" məscidinin imamı sənədlərin yoxlaması üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra onun maşınında aparılan axtarış zamanı Rusiyada qadağan olunan dini ədəbiyyat tapılıb. Moskva məscidinin imamı terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb. Mahmud Velitov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) ilə ittiham edilir. Araşdırmalar davam edir.

Şeyxin tutulma anının görüntüləri yayıldı


Vəkil Daqir Həsənov "Facebook" sosial şəbəkəsində özünün şəxsi hesabında bildirib ki, imam ötən gün saxlanılıb və elə həmin gün əməliyyatçılar onun üzərində və evində axtarışlar aparıblar.

"Şeyx Mahmudun cəzası sübuta yetirələcəyi təqdirdə, onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun barəsində bu gün həbs-qəti imkan tədbiri seçiləcək".

Şeyxin tutulma anının görüntüləri yayıldı