» » » Fransada türk ailə yaşadığı evdə qətlə yetirildi

Fransada türk ailə yaşadığı evdə qətlə yetirildi

Fransada türk ailə yaşadığı evdə qətlə yetirildi

Fransanın Folşviller şəhərində türk ailəsinin yaşadığı evində meyitləri tapılıb. ucarliyiq.biz-in məlumatına görə, şəxsi mənzillərində yaşayan Kübra Küpeli və onun 4 və 7 yaşlı Esile və Kadir adlı oğlulları boğularaq öldürülüb.

Ailə başçısı Gökhan Daşdemir biləklərində isə kəsiklər aşkarlanıb. İlkin məlumata görə kişi qanaxmadan həyatını itirib.

Evə qonaq gələn Kübra Küpelinin bacısı dəhşətli mənzərə ilə qarşılaşdıqdan sonra polisə xəbər verib.
Fransada türk ailə yaşadığı evdə qətlə yetirildi


Folşvillerə bələdiyyə başçısı Qabriel Müller ilkin araşdırmalardan sonra ata Gökhan Daşdemirin əvvəlcə ailə fərdlərini boğaraq öldürüdüyünü daha sonra isə özünün intihar etdiyindən şübhələndiklərini bidirib.

Bələdiyyə başçısı hadisə yerində polisin araşdırmalar apardığını və ekspertizanın rəyindən sonra dəqiq səbəblərin açıqlanacağını qeyd edib.

Fransada türk ailə yaşadığı evdə qətlə yetirildi
Oxşar hadisə iyulun 11- də Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda qeydə alınıb. Burada erməni ailəsi qətlə yetirilib. 24 yaşlı şəxs erməni ailənin bütün üzvlərini qətlə yetirib.

Hadisə zamanı ana - 37 yaşı Ofeliya Kaçatyani ilə yanaşı, onun 5, 16 və 18 yaşlı uşaqları öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan özü də ermənidir. Qətlin təfərrüatları barədə Gürcüstan parlamentinin deputatı Qenzel Mkoyan məlumat verib. O, deyib ki, evə zorlama və oğurluq etmək üçün giriblər. “Qız oyanıb və qışqırıb. Evə daxil olan şəxs isə əvvəl qızı, daha sonra isə oğlanı öldürüb. Sonra qazı açıb, qapı və pəncərələri bağlayıb. İçəridə qalanlar qazdan zəhərlənərək  boğlub”.