» » » Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı

Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı

Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı

Azərbaycanda 2016-cı ilin ilk 6 ayında baş verən qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, ilin ilk yarım ilində ölkə ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəza və ölü sayında azalma müşahidə olunur. 
Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı
Bakı şəhərində 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların  sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.
Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri əsasən bu 4 səbəbdən baş verir:
Azərbaycanda 6 ayda 304 ölü, 970 yaralı
Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı yaralanıb.

19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 80 nəfər yaralanıb.

2015-ci illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb. Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (388) piyadaların vurulması təşkil edib, nəticədə 130 piyada həlak olub, 290-ı yaralanıb.