» » » Azərbaycanda istirahət məkanında dincələn polis qəzada öldü

Azərbaycanda istirahət məkanında dincələn polis qəzada öldü

Azərbaycanda istirahət məkanında dincələn polis qəzada öldü

Tovuzda yol polisi zabitinin həlak olması, həyat yoldaşının isə ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, hadisə Tovuz-Düzqışlaq  avtomobil  yolunda qeydə alınıb.
Azərbaycanda istirahət məkanında dincələn polis qəzada öldü


Qəza yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrosiklla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən 36 yaşlı polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.