» » » Bakıda məktəbin zirzəmisindən silah-sursat tapıldı

Bakıda məktəbin zirzəmisindən silah-sursat tapıldı

Bakıda məktəbin zirzəmisindən silah-sursat tapıldı

Bakıda məktəbin zirzəmisindən silah-sursat aşkarlanıb. ucarliyiq.biz-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən qeyd edilən ərazidən 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.