» » » Qoyun oğruları yaxalandı

Qoyun oğruları yaxalandı

Qoyun oğruları yaxalandı

Qusar rayon polisi, vətəndaşların mal-qarasına qənim kəsilən oğruları zərərsizləşdirə bilib. ucarliyiq.biz-in xəbərinə görə, bu barədə Qusar Polis Şöbəsinin baş müstəntiqi Rafael Tağıyev xəbər verib.

Onun sözlərinə görə, saxlanılan Quba sakinləri iyun ayı ərzində rayonun bir çox kəndlərində vətəndaşların mal-qarasını oğurlayıb.

Qusar polisinin apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Quba sakinləri 33 yaşlı Tərlan İmran oğlu Babayev və 24 yaşlı Cəmil Daşdəmir oğlu Şahbazov saxlanılıb. Onlar xırda buynuzlu mal-qara oğurluğu üzrə 12 epizodda ittiham olunurlar. Faktla bağlı Qusar rayon polisində araşdırmalara başlanıb.
Qoyun oğruları yaxalandı

Qoyun oğruları yaxalandı


Analoji hadisə ötən il Masallı rayonunda qeydə alınıb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun İsgəndərli kənd sakini 23 yaşlı Mirbaba Cəfərov tanışı Lənkəran rayonunun Tükəvilə kənd sakini 31 yaşlı Anar Əliyevlə birgə Kolatan kənd sakini Qızbəs Babayevaya məxsus umumi dəyəri 630 manat olan 6 baş qoyunu oğurlayaraq, Lənkəran bazarında satıb. Daha çox qazanc eşqinə düşən Anar Əliyev Ərkivan qəsəbə sakinləri Hüsniyyə Ağayevaya və Tehran Şahbazovaya məxsus 65 baş xırda buynuzlu mal- qaranı da oğurlayıb. Bu işdə köməkçisi isə sürücü olub.