» » » Ermənilər Rusiyanı məhkəməyə verdilər

Ermənilər Rusiyanı məhkəməyə verdilər

Ermənilər Rusiyanı məhkəməyə verdilər

Gümrüdə rus hərbi qulluqçusu Valeri Permyakov tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin varisləri Rusiya Federasiyasına qarşı İnsan Hüquqları üzrə Avropa məhkəməsinə müraciət ediblər. ucarliyiq.biz-in məlumatına görə, Helsinki Vətəndaş Assambleyası xəbər verir ki, Narine və Andranik Poqosyanlar İnsan hüquqları üzrə Avropa konvensiyanın 2-ci (yaşama hüququ) və 13-cü maddəsi (effektiv hüqüqi müdafiə hüququ) əsasında məhkəməyə şikayət ediblər.
Ermənilər Rusiyanı məhkəməyə verdilər


Şikayətə əsas kimi Rusiya dövlətinin Avetisyan ailəsinin həyatı üçün təhlükənin qarşısını almaması, Permyakovun hərbi qulluğa yararsız olduğu halda onu orduya çağırması göstəririlir.

Bundan əlavə iddia olunur ki, Rusiya tərəfi erməni hüquq-mühafizə orqanlarına tələb olunan qaydada Permyakovun hərbi hissəni tərk etdiyi haqda məlumat verməyib ki, bu da faciənin qarşısını ala bilərdi.

İddiada həmçinin qeyd edilir ki, zərərçəkmiş Araksiya Avetisyanın hüquqi varisləri Rusiya tərəfinin keçirdiyi araşdırma ilə tanış olmayıblar və nəticədə vəsatət qaldırma hüququ və ibtidai istintaq orqanının qərarlarına dair appelyasiya şikayəti və s. kimi hüquqlarından istifadə edə bilməyiblər.

Şikayətdə o da qeyd olunur ki, Permakovun hərbi hissəni tərk etməsi ilə bağlı yerli mühafizə orqanlarına vaxtında xəbər verilməməsinə dair heç bir vəzifəli şəxs məsuliyyətə cəlb olunmayıb.
Ermənilər Rusiyanı məhkəməyə verdilər
2015-ci ilin yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni amansızlıqla qətlə yetirib. Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələyib, azyaşlı uşağı süngü ilə vurub. Yeddi gün boyunca həkimlər altıaylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, o, yanvarın 19-da vəfat edib.

Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.

Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb. İşlə bağlı məhkəmənin 3-cü iclasında Permyakovun cinayəti boynuna alıb.