» » » Gənc oğlan göldə boğuldu

Gənc oğlan göldə boğuldu

Gənc oğlan göldə boğuldu

 Ağsuda 22 yaşlı gənc göldə batıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradli kəndi ərazisində yerləşən süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilovun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2 gün öncə Bakıda da 20 yaşlı tələbə dənizdə boğulub. Hadisə Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisində baş verib. Oğuz rayonunun Bucaq kənd sakini, Azərbaycan Texniki Universitetinin tələbəsi 20 yaşlı Şaban İsgəndərli iyulun 5-də son imtahanını versə də, rayona qayıtmayıb.
Gənc oğlan göldə boğuldu


Bakının Binəqədi rayonu ərazisində xalası gildə yaşayan Şaban İsgəndərli valideynlərinə bildirib ki, bir fakültədən digərinə köçürülmək istəyir və bu səbəbdən Bakıda daha bir neçə gün qalmalıdır. İyulun 9-da 20 yaşlı tələbə xalasına dənizə getmək istədiyini bildirib. O, xalasının etirazlarına baxmayaraq çimərliyə yollanıb.