» » » ABŞ-da atışmada 2 nəfər öldürüldü

ABŞ-da atışmada 2 nəfər öldürüldü

ABŞ-da atışmada 2 nəfər öldürüldü

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində baş verən atışma nəticəsində 2 nəfər həlak olub. ucarliyiq.biz-in "Associated Press" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şübhəli şəxs qadın və kişini güllələyərək qətlə yetirib.
ABŞ-da atışmada 2 nəfər öldürüldü


Açılan atəş nəticəsində biri polis olmaqla daha iki nəfər yaralıb. Polisin məlumatına görə, cinayətkar saxlanılıb. Hüquq-mühafizə orqanları hesab edirlər ki, atışma mübahisə zəminində baş verib. 

İnsidentin təfərrüatları araşdırılır.
Oxşar hadisə bir neçə gün əvvəl Kaliforniyanın San-Bernandino şəhərində baş verib.  26 yaşlı Trevon Lamar Uilyams 9 yaşlı oğlu və 25 yaşlı Semeti Mahan ilə birgə çaxır mağazasından çıxarkən onlara silahlı şəxs yaxınlaşıb və atəş açıb. Nəticədə hər üç bəfər yerindəcə dünyasını dəyişib.