» » » 15 yaşlı qız özünü evdə asdı

15 yaşlı qız özünü evdə asdı

15 yaşlı qız özünü evdə asdı

Daşkəsəndə intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Xaləddin qızı Bağırova özünü asıb. Kənd bələdiyyəsindən ucarliyiq.biz-ə bildirdilər ki, 15 yaşlı qız orta məktəbin 9-cu sinifini bu il bitirib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlim deyil:

"Lalənin atası dəmiryol idarəsinin işçisidir. Onun özündən kiçik bacıları var. Hadisə baş verən vaxt evdə anası ilə özü olub. Qız özünü evin içindəki tirdən asıb. Meyiti anası görüb. Onu da hələlik dindirmək mümkün olmayıb. Çünki özünə gələ bilmir. Heç kim də uşağın hansı səbəbdən belə bir addım ata biləcəyini bilmir. Polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırmalar aparıblar", -deyə kənd bələdiyyəsindən bildirdilər.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bir neçə gün əvvəl paytaxt Bakıda da qadın intihar edib. İntihar hadisəsi Nərimanov rayonunda Arif Heydərov küçəsində qeydə alınıb.

Özünü binadan ataraq canına qəsd edən qadın Sadıqova Zəhra Telman qızı idi. O, özünü öldürərkən hərbi geyimdə olub. 

Sadıqova Zəhra 1-ci mərtəbə yerləşən marketin üzərinə, oradan isə yerə düşərək ölüb.