» » » Qanunsuz ağac kəsən şirkət direktoruna ağır cəza

Qanunsuz ağac kəsən şirkət direktoruna ağır cəza

Qanunsuz ağac kəsən şirkət direktoruna ağır cəza

İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. 

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.