» » » Türkiyə və İran sərhədi bağlandı

Türkiyə və İran sərhədi bağlandı

Türkiyə və İran sərhədi bağlandı

Türkiyənin İrana açılan ən əhəmiyyətli sərhəd qapısı bağlanıb. ucarliyiq.biz-in məlumatına görə, iki ölkə arasında olan Ağrı Gürbulak Sərhəd Qapısı səhər saatlarında hər iki istiqamətdə fəaliyyətini dayandırıb. 

Təhlükəsizlik orqanları sərhəd qapısına çox yaxın bir məsafədə partlaması mümkün ola bilən bir maddə aşkar edib.

Torpaq altına basdırılan bir qabdan uzanan kabellərin sərhəd qapısına qədər uzandığı ortaya çıxıb. 

Naməlum qabdan çıxan naqillərin sərhəd buraxılış məntəqəsinə qədər uzanması təsadüfən müəyən edilib. 

 

Jandarm və polislər ərazini dərhal nəzarət altına alarkən, gömrük mühafizə vəzifəliləri də sərhədin giriş və çıxışını bağlayıb.