» » » Rusiyada bina uçdu, xəsarət alanlar var

Rusiyada bina uçdu, xəsarət alanlar var

Rusiyada bina uçdu, xəsarət alanlar var

Rusiyanın Kemerovo şəhərində binanın uçması nəticəsində 7 nəfər xəsarət alıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə istintaq komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, uçan bina içərisində çoxlu sayda mağaza olan ikimərtəbədən ibarətdir. İlkin məlumata görə, ikinci mərtəbənin dam örtüyü tamamilə uçub.  

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, binanın təxminən 300 kvadrat metri uçub. Nəticədə uçqun 7 nəfər xəsarət alıb ki, onlardan da 4-nün vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Həkimlər xəstələrin vəziyyətinin hələ də ağır olduğunu deyirlər.

Kemerovo vilayətinin hakimiyyəti uçqun nəticəsində xəsarət alan hər kəsin bütün maddi yardımını etməyə söz verib.

Hadisənin hələ ki, hansı səbəbdən baş verdiyi məlum deyil. Məsələ ilə bağlı araşdırma aparılır. Müstəntiqlər binanın mülkiyyətçisini axtarırlar.

Deyilənlərə görə, mülkiyyətçiyə qarşı "Tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi ilə cinayət işi açılıb.

Кемерово, проспект Кузнецкий 85. Произошло обрушение здания, крыша и перекрытие второго этажа. Под завалами оказались продавцы торговых посмещений Фото опубликовано Не будь Инертным (@dontbeinert) Июл 14 2016 в 12:21 PDT