» » » Metsamor AES-in rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Metsamor AES-in rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Metsamor AES-in rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Ermənistanda yerləşən Metsamor Atom Elektrik stansiyası (AES) məhkəməyə verilə bilər. ucarliyiq.biz-in məlumatına görə, ölkənin milli təhlükəsizlik nazirliyi erməni AES-də külli miqdarda yeyinti aşkarlayıb. İş üzrə AES-in yüksək vəzifəli şəxsləri istintaqa cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, AES-in baş direktoru Qaqik Markosyan, kommersiya direktoru Rubik Movsisyan, baş direktorun maliyyə-iqtisadi məsələlər üzrə müavini Movses Movsisyan və alışa cavabdeh olan Eduard Kazaryan cinayət əlaqəsinə girərək iri həcmdə maliyyə maxinasiyası həyata keçiriblər. Nəticədə dövlətə vurulan zərərin dəyəri 783 milyon 586 min dram (1,7 milyon dollar -red.) təşkil edib. 

İrəvandan 28 km qərbdə yerləşən AES-in iki enerji bloku var. İlk blok 22 dekabr 1976-cı ildə, ikinci isə 5 yanvar 1980-ci ildə istifadəyə verilib. Hazırda istismar edilən blok №2 ölkəyə tələb olunan enerjinin 40%-ni ödəyir.