» » » Odessada azərbaycanlılar kütləvi dava saldılar

Odessada azərbaycanlılar kütləvi dava saldılar

Odessada azərbaycanlılar kütləvi dava saldılar

Ukraynanın Odessa şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava baş verib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə ictimai fəal Viktoriya Sibir öz "Facebook" səhifəsində xəbər verib.
Odessada azərbaycanlılar kütləvi dava saldılar


Hadisə iyulun 10-da gecə yarısında şəhərin mərkəzində yerləşən Deribasovsk küçəsində baş verib. Hadisə şahidləri bildirib ki, gecə saatlarında Deribasovsk küçəsindən Qorsad qarşısına Preobrajensk tərəfə böyük sürətlə hərəkət edən qara BMW avtomobili yol qaydalarını pozaraq keçib. O istiqamətdə yol bağlı olduğundan maşın geri çevrilərək arxaya qayıdıb.

Qayda pozanları küçənin ortasında artıq bir qrup Odessa sakinləri gözləyirdi. Sakinlər qara BMW-də olanlara izah etməyə çalışıb ki, bu piyadalar üçün nəzərdə tutulan küçədir və burda avtomobil yarışlarları keçirmək olmaz. Bu zaman avtomobildə olan beş nəfər Azərbaycan sakini yerli sakinlərlə kobud formada danışıb.

Odessada azərbaycanlılar kütləvi dava saldılar


Mübahisə getdikcə qızışıb.  Danışıqların gedişatında BMW sürücüsü sükan arxasına oturaraq Odessa sakini Anatoli Mazuru vurub və hətta onu avtomobilin kapotunda 300 metrə qədər aparıb. Orada BMW-ni  təsadüfən ərazidən keçən şəxsi mühafizə firmasının patrulu dayandırıb. Üç saatdan çox davam edən mübahisə yerinə beş polis maşını ekipajı toplaşıb. Azərbaycanlılardan biri baş verənləri lentə alan şəxsin əlindən telefonunu zorla alıb. Faktla bağlı xuliqanlıq maddəsiylə iş açılıb, araşdırmalar aparılır.

İyulun 7-də Ukraynanın Odessa şəhərində azərbaycanlıya məxsus qızılı “Galendewagen”avtomobili cərimə meydançasına aparılıb. Polis avtomobilin düzgün park edilmədiyini görüb və sahibi gözləmədən evakuator vasitəsilə onu meydançaya aparıb. Odessa patrul polisinin rəhbəri Yevgeni Stelmax maşının hələ də cərimə meydançasında olduğunu bildırib.