» » » Polis məntəqəsində faciə: 7 polis öldürüldü

Polis məntəqəsində faciə: 7 polis öldürüldü

Polis məntəqəsində faciə: 7 polis öldürüldü

Keniyada polis məntəqəsində faciə baş verib. Əsəb gərginlityi keçirən polis əməkdaşı öz iş yoldaşlarını güllələyib. ucarliyiq.biz-in məlumatına görə Kapenquriya polis mətntəqəsində baş verən insident nəticəsində 7 polis aldığı güllə yarasından həyatını itirib.

Hadisə yerinə gələn digər polislərin müdaxiləsindən sonra qatil polis zərrəsizləşdirilib. Abdihakim Maslah adlı polisin hansı səbəbdən əsəbləşdiyi məlum deyil.

Maslah gecə vaxtı iş növbəsi bitdikdən sonra işdən evə yollanıb. Lakin səhər tezdən üzünü gizlədərək yenidən polis məntəqəsinə qayıdaraq iş yoldaşlarını güllə yağışına tutub.

Keniya baş prokuroru Josef Boinnet Maslahın polis məntəqəsində saxlanılan məhbusların xilas edilməsi üçün hadisə yerinə göndərilən polislər tərəfindən öldürülməsi xəbərini təstiqləyib.

 

Məntəqədə Maslahla birlikdə xidmət edən 9 polisdən yalnız birinin xilas olduğu bildirilir.