» » » Azərbaycanlı məmurun adını 100 min mənimsəyən məmurla kim hallandırır?

Azərbaycanlı məmurun adını 100 min mənimsəyən məmurla kim hallandırır?

Azərbaycanlı məmurun adını 100 min mənimsəyən məmurla kim hallandırır?

"Son vaxtlar Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun adı, heç bir əsas olmadan, Gəncə şəhərində yaşayan, Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramov tərəfindən bəzi KİV-lərdə hallandırılır".

Bu barədə məlumata görə, ucarliyiq.biz-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov verib. 

Məlumat üçün bildiririk ki, Bayramov Qalib Əli oğlunun Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308,1, 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunmuş və 30 iyun tarixində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib. 
Azərbaycanlı məmurun adını 100 min mənimsəyən məmurla kim hallandırır?
İstintaq zamanı DSMF-in Kəlbəcər rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləyərkən Kəlbəcər rayon sakinləri Gülnaz Mamedovanın 200, Hidayət Həsənovun 3900, Baloğlan Musayevin 1000,Nəcəf Əliyevin 5700, Şavaqat Həsənovun 3559.37, Dadaş Yolçuyevin 5000, Şahbaz Mamedovun 3300, Süsənbər Mamedovanın 5520, Eldəniz Mamedovun 6000, Səadət Xəlilzadənin 6300, Qaçay İsmayılovun 5500,  İradə Rəcəbovanın 10500, Ədalət Rəhimovun 3000, Səlminaz Qurbanovanın 650, Ülkər Musayevanın 5500, Dilqəm Ağayevin 7400, Vüqar Rəhimovun 3000, Cavanşir Məmmədovun 2600, Azər Rzayevin 3000, Rauf Nəbiyevin 2300, Sənəm Alışanovanın 2000, Rasim İskəndərovun 400, Hidayət Cəfərovun 3250, Səfurə Qasımovanın 2100, Eldar Ağayevin 3000, Kubra Xıdırovanın 3200, İlham Əliyevin 3500 manat məbləğində olmaqla, vətəndaşların ümumilikdə 101379.37 manat məbləğində pul vəsaitini ələ keçirib.

İyunun 14-də Qalib Əli oğlu Bayramova Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 311.3.1 və 311.3.2-ci madələri ilə yenidən ittiham elan edilmiş və barəsində həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qəti-imkan tədbiri seçilib. 

30 iyun 2016-cı il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhəməsinə göndərilib. 
Qurumdan verilən məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovun bəzi KİV-lərdə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov haqqında yaydığı fikirlərin heç bir əsası yoxdur. "Əli Bayramov kimiləri bilməlidirlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaya görə məsuliyyət müəyyən edilib. 

Əli Bayramov kimilərinin bu xarakterli məlumatlarını araşdırmadan yayan Kütləvi İnformasiya Vasitələrinin məsuliyyəti daha böyükdür. Mülki Məcəllənin 23-cü maddəsinin müvafiq bəndlərinə görə, Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var.

Son olaraq bir daha bildiririk ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov onun haqqında böhtan yayan Kəlbəcər rayonundan məcburi köçkün olan Kəlbəcər rayonu DSMF-in sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramovla heç bir qərəzi yoxdur və ümumiyyətlə bu insanı tanımır. Bir məsəldə deyildiyi kimi: Yalan ayaq tutar, yeriməz..."