» » » Nitsanı qana bulayanın adı bilindi

Nitsanı qana bulayanın adı bilindi

Nitsanı qana bulayanın adı bilindi

Fransanı qana bulayan terrorçunun kimliyi bəlli oldu. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Fransız xəbər agentliyi - "France Press" adın bilindiyini, lakin polisin hələ onu rəsmən açıqlamadığını bildirib. Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Mohamed Lahouaiej Bouhlel adlı şəxsdir.
Nitsanı qana bulayanın adı bilindi


Bundan öncə onun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. 

İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. 

Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi.