» » » Bakıda qətl: başına çəkiclə vurub öldürdülər

Bakıda qətl: başına çəkiclə vurub öldürdülər

Bakıda qətl: başına çəkiclə vurub öldürdülər

Bakı sakini başına çəkiclə zərbə endirilərək öldürülüb. Hadisə Qaradağ rayonunda qeydə alınıb. ucarliyiq.biz-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Dərhal əməliyyata başlayan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutularaq istintaqa cəlb edilib.
Ölkə ərazisində sonuncu qətl hadisəsi Sabirabad rayonunda qeydə alınıb. Balakənd kənd sakini, 1975-ci il təvəllüdlü Məhəmməd Fəxrəddin oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində doğma bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyə Fəxrəddın qızı Hüseynovanı bıçaqlayaraq öldürüb.