» » » Terrorçuluğun təbliğinə görə azərbaycanlı tutuldu

Terrorçuluğun təbliğinə görə azərbaycanlı tutuldu

Terrorçuluğun təbliğinə görə azərbaycanlı tutuldu

Sosial şəbəkədə terrorizmə bəraət qazandıran azərbaycanlı həyatının 2 ilini həbsxanada keçirəcək. ucarliyiq.biz-in məlumatına görə, söhbət Krasnoyarskda yaşayan həmyerlimizdən gedir. 

Ona qarşı "terror aktının həyata keçirilməsinə açıq çağırışlar və ya terrorizmə bəraət qazandırma" maddəsi ilə cinayət işi açılıb. Azərbaycan vətəndaşının cinayət işinə Moskva dairə hərbi məhkəməsi baxır. 

Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin mətbuat xidməti məsələ ilə bağlı bəzi təfərrüatlar yayıb. Məlumata görə, 1996-ci il təvəllüdlü məhkum 2014-cü ilin oktyabrından dekabrınadək sosial şəbəkədə yalnış məlumatlardan istifadə etməklə qeydiyyatdan keçib və radikal islam ideologiyası ilə maraqlanıb. O, internet vasitəsi ilə terrorizmə açıq çağırışlar edib, müxtəlif şərhlər yazaraq, terrorla bağlı materialların yayılmasına səbəb olub. 

20 yaşlı azərbaycanlıya qarşı cinayət işi ötən ilin avqustunda qaldırıb. Onu gözləyən cəzanı nəzərə alan gənc, nəinki, etdiyi əməllərdən peşman olub, eyni zamanda istintaqla yaxından əməkdaşlıq edib.