» » » Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub

Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub

Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub

"Fransanın Nitsa şəhərində baş vermiş terror zamanı hadisənin şokunu yaşayanlar arasında azərbaycanlılarda olub." 

Bunu Nitsa şəhərində Azərbaycan icmasının tanınmış nümayəndəsi, doktor Elnur Məmmədov ucarliyiq.biz-ə ötən gün baş verən  terror aktı barədə açıqlamasında bildirib.
Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub


“Apardığımız araşdırmalar nəticəsində xoşbəxtlikdən hadisə zamanı ölən və yaralılar arasında Azərbaycanlılar yoxdur”- deyə Elnur Məmmədov deyib.

Bastiliyanın alınması günü ərazidə olan soydaşlarımız faciənin necə yaşandığını öz gözləri ilə görüb. Terror aktı zamanı azərbaycanlılar xəsarət  alan yaralılara kömək edib, həmçinin ilkin yardım göstərib. Olay zamanı soydaşlarımız qəhramanlıqları ilə yadda qalıb. Onlar atışma zamanı orda olanlara kömək edərək insanları daha təhlükəsiz yerlərə köcürməkdə yardımçı olub.
Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub

Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub


Son məlumata görə, Nitsada Bastiliyanın alınması günü törədilən terror aktının qurbanlarının sayı 84 nəfərə çatıb. Ölən və xəsarət alanlar arasında uşaqlar və əcnəbi vətəndaşlar var. 
Nitsada terrorunun baş verdiyi ərazidə azərbaycanlılar olub


Yerli mətbuatda yer alan məlumata görə, Nitsa şəhərində 84 nəfərin ölümünə səbəb olan şəxs Məhəmməd Lahouaiej Bulel adlı şəxsdir. Yük maşınını insanların üzərinə sürən, sonra isə onları atəşə tutan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. 

Bundan öncə onun 1985-ci ildə doğulduğu və Tunis əsilli olduğu bildirilirdi. İddiaya görə, adıçəkilən şəxsin şiddətə meyillilik və silah saxlamaq ittihamları ilə bağlı polisdə qeydiyyatı var. Fransız polisi daha öncə qətliamı "yanlız qurd"un (yəni radikallaşan, İŞİD terrorçularının "buraya gəlməyin, olduğunuz yerdə terror törədin" çağırışına əməl edən şəxs) törətdiyini qeyd etmişdi. 

Hadisə baş verən zaman orda olan digər bir soydaşımız baş verənləri telefonunun yaddaşına köcürüb. Faciənin dəhşətini əks etdirən həmin video görüntüləri sizə təqdim edirik: