» » » Fransanı qana bulayan şəxsin kimliyi rəsmi olaraq açıqlandı

Fransanı qana bulayan şəxsin kimliyi rəsmi olaraq açıqlandı

Fransanı qana bulayan şəxsin kimliyi rəsmi olaraq açıqlandı

Fransa polisi Nitsa şəhərində 84 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini törədən şəxsin Tunis əsilli Fransa vətəndaşı Məhəmməd Lahouaiej Bulel olmasını faktını təsdiqləyib. 
Fransanı qana bulayan şəxsin kimliyi rəsmi olaraq açıqlandı


ucarliyiq.biz-in məlumatına görə, Nitsada Bastiliyanın alınması gününü qeyd edən insanların üzərinə yük maşını sürərək xüsusi amasızlıqla qətlə yetirən 31 yaşlı Məhəmməd Bulelin bir neçə dəfə polis tərəfindən saxlanıldığı da ortaya çıxıb.
Fransanı qana bulayan şəxsin kimliyi rəsmi olaraq açıqlandı


"Reuters" agentliyinin yaydığı məlumatda ailəli olan Bulelin 3 uşaq atası olduğu deyilir. Hazırda Fransa polisi onun evində axtarış aparır. Bulelin əlbirlərinin olub-olmaması hələlik məlum deyil.

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 84 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplananlara atəş açılıb. 

Fransa prezidenti Fransua Olland qanlı hadisə ilə bağlı çıxış edərək baş verənləri terror hadisəsi adlandırıb.