» » » Azərbaycanda 143 vəzifəli şəxs məhkəməyə qarşısında

Azərbaycanda 143 vəzifəli şəxs məhkəməyə qarşısında

Azərbaycanda 143 vəzifəli şəxs məhkəməyə qarşısında

"2016-cı ilin I yarımili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib". ucarliyiq.biz-in məlumatına görə, bu sözləri baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2016-cı ilin I yarımili ərzində görülmüş işlərə dair hesabat tədbirində çıxış edən baş prokurorun müavini və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 

Onun sözlərinə görə, həmin cinayət işlərindən 48 şəxs barəsində qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində rüşvət alma, 7 şəxs barəsində rüşvət vermə, 3 şəxs barəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində vəzifə saxtakarlığı, 21 şəxs barəsində isə digər faktlarla əlaqədar olub.

"Hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib".
Azərbaycanda 143 vəzifəli şəxs məhkəməyə qarşısında
Bildirilir ki, cari ilin birinci yarımilində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. 

Həmin dövrdə Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Həmin dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 3 şəxs barəsində inzibati iş üzrə icraat açılıb, 3 vəzifəli şəxsə qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilib.
Azərbaycanda 143 vəzifəli şəxs məhkəməyə qarşısında