» » » Avstriyada 4 min türk etiraz etdi

Avstriyada 4 min türk etiraz etdi

Avstriyada 4 min türk etiraz etdi

Avstriyada təxminən 4 min türk Ərdoğana dəstək mitinqi keçirib. ucarliyiq.biz-in məlumatına görə, etirazçılar Vyanada yerləşən ölkə səfirliyinin qarşısına toplaşıblar. 

Aksiya iştirakçıları əllərində Türkiyə bayrağı tutaraq müxtəlif şuarlar səsləndiriblər. "Biz yol vermərik ki, inqilabçılar bizim demokratiyanı əlimzidən alsınlar. Burada söhbət hər hansı bir partiyadan deyil, ölkənin taleyindən gedir".
Avstriyada 4 min türk etiraz etdi


Məlumata görə, aksiya dinc, heç bir hadisə baş vermədən keçib. Bundan başqa, Avstriyanın Xarici İşlər Nazirliyi Türkiyədə olan avstriyalılara səslənərək, Türkiyədə insanların toplaşdığı yerlərdə olmamalarını tövsiyyə edib. 

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.